Premyer Liqa klubları üz-üzə: Bu dəfə yoxlama oyununda

Premyer Liqa klubları üz-üzə: Bu dəfə yoxlama oyununda

Futbol üzrə milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən yararlanan Premyer Liqa klubları yoxlama görüşündə qüvvələrini sınayıblar. 

Fanat.Az xəbər verir ki, görüşlərin hamısı bu gün keçirilib. 

"ASK Arena"da "Keşlə" "Sumqayıt"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. 

“Dalğa Arena”da isə "Zirə" və "Səbail" üz-üzə gəlib. Görüş birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində keçirilən "Neftçi" - "Qəbələ" matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Turnir cədvəlinin "Qarabağ" isə öz əvəzedici heyətini sınağa çəkib və 6:0 hesabı ilə qələbə qazanıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər