Premyer Liqa klubları cərimələndi

Premyer Liqa klubları cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqanın XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Zirə” - "Səbail” matçında  "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunub.
"Qəbələ” – "Sabah” matçının 90+1-ci dəqiqəsində "Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Sumqayıt” – "Qarabağ” matçının 84-cü dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər