Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, mayın 9-dan 12-dək final mərhələsi bu il ABŞ-ın San Dieqo şəhərində keçiriləcək dünya oyunlarının Avropa zonası üzrə seçmə mərhələsinin görüşlərini idarə edəcək.
Bu mərhələnin oyunları İspaniyanın Salou şəhərində keçiriləcək.
Qeyd edək ki, İnqilab Məmmədov eyni zamanda Topaz Premyer Premyer Liqasının oyunlarına təyinat alır.
Fanat.Az