PFL Premyer Liqa üçün sponsor axtarır - TENDER

PFL Premyer Liqa üçün sponsor axtarır - TENDER
Peşəkar Futbol Liqası (PFL) 2019/20 mövsümü üçün Azərbaycan Premyer Liqasının titul sponsorluğu ilə əlaqədar tender elan edib. 
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdı. Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün Premyer Liqanın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq. Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək.
Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabr 2019-cu ildir. Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək.
Qeyd edək ki, 2009-2012-ci illərdə "Unibank", 2012-2019-cu illərdə isə "Topaz" Premyer Liqanın titul sponsoru olub.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər