Onun üçün "Barselona"dan 80 milyon istədilər

Onun üçün "Barselona"dan 80 milyon istədilər

"Barselona"nın baş məşqçisi Hansi Flik bu yay ingiltərəli ulduz hücumçu Harri Keynin transfer edilməsinin qəti şəkildə əleyhinədir.

Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, alman mütəxəssis Keynin əvəzinə Xulian Alvaresi özü üçün ideal transfer hədəfi olaraq görür.

Bununla belə, argentinalı forvard uğrunda digər klublar arasında da olduqca ciddi transfer rəqabəti mövcuddur.

Digər tərəfdən, "Bayern"in Harri Keyni buraxmaq üçün "Barselona"dan təxminən 80 milyon avro tələb edəcəyi bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər