Bu gün İngiltərə Premyer Liqasında 3-cü turun oyunları keçiriləcək.
Proqnoz vermək üçün də elə həmin çempionatın iki baxımlı oyunu - "Mançester Siti" - "Arsenal" və "Liverpul" - "Çelsi" görüşlərini seçdik.
Bakı vaxtı ilə 15:30-da start götürəcək "Mançester Siti" - "Arsenal" oyunundan nə gözləmək olar?
"Mançester Siti"
7 qat ölkə çempionu ötən mövsüm 38 oyuna 27 qələbə qazanıb və rəqiblərinin qapısında 83 top keçirib. Bu fantastik göstərici nəticəsində "şəhərlilər" erkən çempionluq əldə etdilər. Yüksək səviyyəli futbol nümayiş etdirən "Mançester Siti" rəqibləri üçün Avropanın ən təhlükəli klublarından biridir.
Cari mövsümə isə uğursuz start verən komanda ("Tottenhem"ə 1:0-lıq məğlubiyyət) ikinci turda "Norviç"i 5:0 hesabı ilə məğlub edib.
Komandanın lazaretində ayağından zədə alan De Bruyne, Delap, Mendy və Foden var.
"Arsenal"
Ötən mövsüm "Arsenal" heç avrokuboklara belə vəsiqə qazanmamışdı. Olduqca pis mövsüm keçirən "topçular" yeni mövsümə də uğursuz start verdi - 2 məğlubiyyət və açıqlamayan qol hesabı. Komandanın üzünə şans yalnız İngiltərə Liqa Kuboku çərçivəsində ikinci divizion klubu "Vest Bromviç"ə qarşı keçirilən oyunda güldü.
Hektor Belyerin (Hector Bellerin), Vilyan (Willian), Ben Uayt (Ben White) vı Nketia bugünkü görüşü buraxmalı olacaqlar.
Komandalar arasında keçirilən son 10 görüşdə qeydə alınan nəticələr:
21.02.21 "Arsenal" - "Mançester Siti" 0:1 - Premyer Liqa 22.12.20 "Arsenal" - "Mançester Siti" 1:4 - Liqa Kuboku 17.10.20 "Mançester Siti" - "Arsenal" 1:0- Premyer Liqa 18.07.20 "Arsenal" - "Mançester Siti" 2:0 - FA Cup 17.06.20 "Mançester Siti" - "Arsenal" 3:0 - Premyer Liqa 15.12.19 "Arsenal" - "Mançester Siti" 0:3 - Premyer Liqa 03.02.19 "Mançester Siti" - "Arsenal" 3:1 - Premyer Liqa 12.08.18 "Arsenal" - "Mançester Siti" 0:2 - Premyer Liqa 01.03.18 "Arsenal" - "Mançester Siti" 0:3 - Premyer Liqa 02.25.18 "Arsenal" - "Mençester Siti" 0:3 - Premyer Liqa
Proqnoz
Premyer Liqada hər iki komanda uğursuz start verib, amma bu gün hazırki çempiona üstünlük verəcəyik. "Manmester Siti" bu matçda tribunalardan ciddi dəstək görəcək. Üstəlik komanda praktiki olaraq döyüş əhvalındadır. " Arsenal" heyətində hələ komandaya tam uyğunlaşa bilməyən yeni futbolçular var.
"Şəhərlilər"in qalib gəlməsi gözlənilir. Odur ki, ev sahibinin qələbəsi proqnozu ən birinci təklif edəcəyimiz variantdır. Xarici bukmeker kontorlarında bu ehtimala verilə 1,50 əmsalına rast gəlmək olar.
Komandaların arasında keçirilən oyunlara baxsaq, görərik ki, "Mançester Siti" əsasən azı iki top fərqi ilə qələbə qazanıb.
Münəccim hesab edir ki, "Mançester Siti" klubu bu gün də ən azı 2 top fərqi ilə qalib gələcək. Bu proqnoz xarici bukmekerlər kontorlarında 4,05 əmsalla qiymətləndirilir.
İkinci mərkəzi görüş isə Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək "Liverpul" - "Çelsi" oyunudur.
"Liverpul"
19 qat İngiltərə çempionu ötən mövsümü üçüncü sırada tamamladı. Komanda mövsümə qeyri-stabil başlamışdı, amma sonda inamla irəliləməyi bacardı.
Hücum xətti rəqib qapısına 68 dəfə yol tapa bilib. Bu fakt hücumun olduqca inamlı çıxışından xəbər verir. Bu mövsüm də "Liverpul" hücumlarda rəqiblərini təlaşa salacağı istisna edilmir.
Komanda 40 milyon avro qarşılığında komandanı gücləndirmək üçün yalnız "RB Leypsix"dən İbraim Konate ilə kifayətlənib.
Mersisaydlılar yeni mönsümə uğurlu start verib. İlk turda Yurgen Kloppun yetirmələri "Norviç"in (3:1) öhdəsindən asanlıqla gələ bildi, II turda isə evdə "Börnli"ni (2: 0) məğlub etdilər.
Bu gün Milner (James Milner), Oksleyd Çemberlen (Oxlade-Chamberlain) və braziliyalı Fabinyo (Fabinho) meydanda olmayacaq.
"Çelsi"
Ötən tur yüksək rəqabətli Premyer Liqada 4-cü yerlə kifayətlənən London təmsilçisi yeni mövsümə xüsusi olaraq hazırlaşıb. Baş məşqçi Tomas Tuxel (Thomas Tuchel) və komandası olduqca yüksək səviyyədə təşkil olunmuş kollektivlə rəqiblərin baş ağrısına çevrilməsi gözlənilir.
Komanda yeni mövsümə artıq iki ünlü titulla qədəm qoyub (ÇL qalibi və UEFA Superkubokunun qalibi).
Komandanın yeni transferi Romelu Lukakunu istənilən halda qeyd etmək lazımdır. Şübhəsiz ki, klubun əsas silahıdır.
Ruben Loftus-Çik (Ruben Loftus-Chek) və Kristian Pulişiç (Christian Pulisic) meydanda olmayacaq.
Komandalar arasında olan son 10 oyun:
03.04.2021 "Liverpul" - "Çelsi" 0:1 - İPL 20.09.2020 "Çelsi" - "Liverpul" 0:2 - İPL 22.07.2020 "Liverpul" - "Çelsi" 5:3 - İPL 22.09.2019 "Çelsi" "Liverpul" 1:2 - İPL 14.04.2019 "Liverpul" - "Çelsi" 2:0 - İPL 29.09.2018 "Çelsi" - "Liverpul" 1:1 - İPL 06.05.2018 "Çelsi" - "Liverpul" 1:0 - İPL 25.11.2017 "Liverpul" - "Çelsi" 1:1 - İPL 31.01.2017 "Liverpul" - "Çelsi" 1:1 - İPL 16.09.2016 "Çelsi" - "Liverpul" 1:2 - İPL
Proqnoz
Şəxsi görüşlərdə demək olar ki, bərabər mübarizə aparan komandaların görüşləri gərgin keçir. Komandalar hücuma oynayıb qol vurmağa çalışacaq və bunun üçün hər iki klubun əla təşkil olunmuş hücum xətti var.
İlk proqnoz düşünmədən qarşılıqlı qolların olacağıdır (QQ). Əmsal isə 1,87.
Yeni mövsümdə hər iki klubunun gücünü eyni qiymətləndiririk. Komandalarda ciddi itki yoxdur və əhval ruhiyyə qaydasındadır.
Risk etməyi sevənlər üçün heç-heçə proqnozumuz var. Əmsal isə əladır 3.50.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev