Misir DÇ-2026-ya vəsiqə qazandı

Misir DÇ-2026-ya vəsiqə qazandı

DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibuti yığmasını 3:0 hesabı ilə yenib.

Fanat.Az xəbər verir ki, bu qələbə sayəsində "fironlar" mundiala vəsiqəni təmin ediblər.

8-ci dəqiqədə İbrahim Adel pərdəni açıb. “Liverpul”un ulduzu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənməklə dubl edib. 

Qeyd edək ki, 2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və onlar dörd komandalı 12 qrupa bölünəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər