Minifutbol: Slovakiya hindistanlıları meydana çıxmağına peşman etdi

Minifutbol: Slovakiya hindistanlıları meydana çıxmağına peşman etdi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün beşinci matçında Slovakiya Hindistanla üz-üzə gəlib. 

Görüşdə 15 qol vurulub. Avropalılar "quru" hesablı qələbə (15:0) qazanıblar.

Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İngiltərə Ukraynanı (4:0), Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan – Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər