"Mənimlə bir neçə klub maraqlanır. Onların arasında həm Almaniya, həm də digər ölkə təmsilçiləri var". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rüfət Dadaşov deyib.
Almaniyanın "Kayzerslautern" klubunun U-23 komandasında çıxış edən Rüfət ölkəmizdən də təklif aldıb. Futbolçu Azərbaycanda oynamağın geriyə addım olmayacağını bildirib: "Bir-iki Premyer Liqa klubu xidmətimdə maraqlıdı. Azərbaycanda xeyli yüksək səviyyəli legionerlər çıxış edirlər. Futbola dəstək gündən-günə artır. Burda oynamaq geriyə addım olmaz".
Fanat.az