Millimizin üzvü Almaniyada qol vurdu

Millimizin üzvü Almaniyada qol vurdu

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna II" (Düsseldorf) "Vyedenbrük"ü qəbul edib.

Oyun "Fortuna II"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın iştirakçısı olan millimizin üzvü 72-ci dəqiqədə komandasının üçüncü qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Qeyd edək ki, bu Tuğrulun cari mövsümdə üçüncü qoludu. Futbolçumuz bundan əvvəl "Köln II"ni iki dəfə məyus etmişdi. O, Azərbaycan U-21-nin İsrailə 2:7 hesabı ilə yenildiyi matçda da qol vurmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər