Millimizin üzvü Almaniyada darmadağın gördü

Millimizin üzvü Almaniyada darmadağın gördü
21 yaşadək futbolçulardan itbarət milli komandamızın üzvü Taşkın İlter Almaniyada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, futbolçumuzun çıxış etdiyi Braunşveyq "Ayntraxt"ının ikinci komandası Regional Liqanın VII turunda oynayıb.
Həmyerlimizin komandası "Volfsburq II"nin qonağı olub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Taşkın meydana start heyətində çıxıb və 90 dəqiqə top qovub.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Ayntraxt II" 7 turdan sonra 4 xalla 16-cı pilləni tutur. Millimizin üzvü 7 oyundan 4-də meydana çıxıb və 253 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər