Millimizin üzvü Almaniyada 90 dəqinə oynadı

Millimizin üzvü Almaniyada 90 dəqinə oynadı
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna II" Almaniyanın Regional Liqasında növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Düsseldorf təmsilçisi "Bayer"in ikinci komandasını qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin üzvü start heyətində yer alıb. Baş məşqçi Taşkın Aksoy futbolçumuzu final fitinədək meydanda saxlayıb.
Qeyd edək ki, "Fortuna II" 11 oyundan sonra 18 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər