Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern II" "Valdhof Mannheym"in qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin üzvü 75-ci dəqiqədə Kristian Lenşi əvəzləyib. Həmin vaxtı hesab meydan sahiblərinin xeyrinə olub. Rüfət meydana çıxandan sonra komandası qol vuraraq bir xal qazanıb.