Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayserslautern II" "Hessen"i qəbul edib.
Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət matçın iştirakçısı olub. Futbolçumuz matçın sonlarında komandasının son qoluna imza atıb. Bu Dadaşovun "Kayserslautern II"nin heyətində cari mövsümdə 3-cü qolu olub.
Fanat.az