Məzara "Barselona" tabutunda...

Məzara "Barselona" tabutunda...
Bundan sonra "Barselona" azarkeşləri klubun tabutlarında dəfn oluna biləcək. Fanat.az xəbər verir ki, Kataloniya klubu dəfn işləri ilə məşğul olan "Altima" adlı şirkətlə müqavilə bağlayıb.
Şirkət "Barselona"nın rənglərini və emblemini daşıyan tabutlar hazırlayacaq. Bu tabutları hələlik yalnız şirkət satacaq. Lakin yaxın gələcəkdə onları "Barselona"nın rəsmi mağazalarından da almaq olacaq. Ən ucuz tabut qiyməti 250 avroya satılacaq. 
"Altima" şirkətinin rəsmisi Yosep Ventura son dövrlər azarkeşlərdən belə istəklərin gəldiyini və insanların həyatı boyu sevdiyi klubun tabutunda dəfn olunmaq istədiyini bildirib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər