ÇL: "Barselona" uddu, 2 komanda pley-offa yüksəldi

ÇL: "Barselona" uddu, 2 komanda pley-offa yüksəldi

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin IV turu start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçirilib.

“Barselona” Ukraynada Kiyev “Dinamo”sunu minimal hesabla üstələyib. “Bayern Münhen” isə öz meydanında “Benfika”nı böyük hesabla yenib. Xal hesabını 12-yə çatdıran Almaniya nəhəngi sona 2 tur qalmış qrupdan çıxmaq hədəfini reallaşdırıb.

“Mançester Yunayted” İtaliyada “Atalanta” ilə qarşılaşıb. "Qırmızı şeytanlar" yetərincə gərgin alınan matçdan 1 xalla ayrılıb. “Çelsi” “Malmö”nü tək qolla məğlubuyyətə uğradıbsa, “Yuventus” “Zenit”lə görüşdə büdrəməyib. Evdə qazandığı bu qələbə sayəsində turinlilər də növbəti mərhələyə vəsiqəni təmin edib.

"Volfsburq" "doğma divarlar arası"nda "Zaltsburq" üzərində əzmkar qələbəyə sevinib. İspaniyada "Lill"ə yenilən "Sevilya" qrupda sonuncu yerə düşüb.

Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası Qrup mərhələsi, IV tur 2 noyabr

E qrupu

Dinamo (Kiyev, Ukrayna) – Barselona (İspaniya) 0:1 Qol: Fati, 70.

Bayern Münhen (Almaniya) – Benfika (Portuqaliya) 5:2 Qollar: Levandovski, 26; 61; 84. Qnabri, 32. Sane, 49 – Morato, 38. Nunez, 74.

S   Komanda O Q H M V B F X
1   Bayern 4 4 0 0 17 2 +15 12
2   Barselona 4 2 0 2 2 6 -4 6
3   Benfika 4 1 1 2 5 9 -4 5
4   Dinamo K 4 0 1 3 0 7 -7 1
   1/8 final         Avropa Liqası

 

F qrupu

Atalanta (İtaliya) – Mançester Yunayted (İngiltərə) 2:2 Qollar: İliçiç, 12. Sapata, 56 – Ronaldo, 45+1; 90+2.

Vilyarreal (İspaniya) – Yanq Boyz (İsveçrə) 2:0 Qollar: Kapue, 36. Danjuma, 89.  

S   Komanda O Q H M V B F X
1   Mançester Yunayted 4 2 1 1 8 7 +1 7
2   Vilyarreal 4 2 1 1 9 5 +4 7
3   Atalanta 4 1 2 1 7 7 0 5
4   Yanq Boyz 4 1 0 3 3 8 -5 3
   1/8 final         Avropa Liqası

 

G qrupu

Volfsburq (Almaniya) – Zalsburq (Avstriya) 2:1 Qollar: Baku, 3. Nmeça, 60 – Vober, 30.

Sevilya (İspaniya) – Lill (Fransa) 1:2 Qollar: Okampos, 15 – David, 43. İkone, 51.

S   Komanda O Q H M V B F X
1   Zaltsburq 4 2 1 1 7 5 +2 7
2   Lill 4 1 2 1 3 3 0 5
3   Volfsburq 4 1 2 1 4 5 -1 5
4   Sevilya 4 0 3 1 3 4 -1 3
   1/8 final         Avropa Liqası

 

H qrupu

Malmö (İsveç) – Çelsi (İngiltərə) 0:1 Qollar: Ziyeş, 56.

Yuventus (İtaliya) – Zenit (Rusiya) 4:2 Qollar: Dibala, 11; 58-pen. Kyeza, 74. Morata, 82 – Bonuççi, 26-öz qapısına. Azmun, 90+2.  

S   Komanda O Q H M V B F X
1   Yuventus 4 4 0 0 9 2 +7 12
2   Çelsi 4 3 0 1 6 1 +5 9
3   Zenit 4 1 0 3 6 6 0 3
4   Malmö 4 0 0 4 0 12 -12 0
   1/8 final         Avropa Liqası

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər