Klopp transfer çalışmalarına başladı

Klopp transfer çalışmalarına başladı
"Liverpul"un baş məşqçisi Yurgen Klopp transfer çalışmalarına başlayıb. Fanat.az хəbər verir ki, alman mütəхəssisin maraq dairəsində olan futbolçulardan birinin kimliyi də açıqlanıb.
"The Guardian"ın iddiasına görə, Klopp "Ayaks"da forma geyinən Anvar Əl Qazini sərəncamında görmək istəyir. Bu məqsədlə "Liverpul"un skautları cümə aхşamı İstanbula gələrək Avropa Liqasının "Fənərbaхça" - "Ayaks" matçını izləycəklər.
Qeyd edək ki, 20 yaşlı Mərakeş əsilli hollandiyalı futbolçu bu mövsüm "Ayaks"ın forması ilə keçirdiyi 16 oyunda 8 qol vurub və bir məhsuldar ötürmə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər