Klopp "Liverpul"da 400-cü oyununa çıxdı

Klopp "Liverpul"da 400-cü oyununa çıxdı

Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Napoli"yə qarşı oyun "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, sözügedən qarşılaşma alman mütəxəssisin İngiltərə klubunun sükanı arxasında 400-cü matçı olub. 

Beləliklə, Klopp "mersisaydlılar"ın tarixində bu göstəriciyə çatan dördüncü məşqçi olub. Daha əvvəl Tom Uotson, Bill Şenkli və Bob Peysli "qırmızılar"ın baş məşqçisi kimi bu sayda oyun keçirib.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ilin oktyabrından "Liverpula"da çalışır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər