İspaniya Superkubokunun sahibi bəlli olub. Fanat.az xəbər verir ki, həlledici oyunda “Atletiko” ilə ölkə çempionu “Barselona” üz-üzə gəlib.
Bu komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə də bərabərlik qeydə alınıb. Lakin bu dəfə qapılara qol vurulmayıb - 0:0. Bu nəticə ilə İspaniya Superkubokunu katalonlar muzeyinə aparıb.
Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya Super Kubokunu qazanıb. Kataloniyalılar isə buna qədər 9 dəfə bu mükafatın sahibi olublar.