Andres İnyesta "Barselona"nın yeni müqavilə təklifini rədd edib. Fanat.az "Marka" qəzetinə istinadən xəbər verir ki, futbolçunun belə addım atmasına anlaşmanın maliyyə şərtlərindən razı qalmaması səbəb olub.
29 yaşlı futbolçunun mövcud müqaviləsinin müddəti 2015-ci ildə başa çatacaq. "Barselona" indidən ona 3 illik anlaşma təklif edib. Lakin İnyesta müqaviləni yalnız maliyyə tələbləri qəbul ediləcəyi halda imzalayacağını bildirib. Məlumata görə, yeni müqavilədə futbolçuya illik 12 milyon avro maaş təklif olunub.
Fanat.az