İngiltərə millisinin forvardı Bekhemdən nə xahiş etdi? - VİDEO

İngiltərə millisinin forvardı Bekhemdən nə xahiş etdi? - VİDEO

İngiltərə millisinin və "Arsenal"ın hücumçusu Bakayo Saka ilə əfsanəvi futbolçu Devid Bekhem arasında maraqlı dialoq yaşanıb.

Fanat.Az xəbər verir ki, sosial şəbəkələrdə gənc forvardın Bekhemdən birlikdə şəkil çəkdirməyi istəməsini əks etdirən video yayılıb.

O, millinin baş məşqçisi Qaret Sautqeytlə söhbətləşən veteran futbolçuya yaxınlaşaraq ondan belə xahiş edir: “Bağışlayın, sözünüzü kəsdim, sizinlə şəkil çəkdirə bilərəm?”. Saka 2020-ci ildən İngiltərə millisində çıxış edir. O, Qətərdə keçirilən dünya çempionatında üç oyunda üç qol vurub. İngiltərə millisində 115 oyun keçirib və 17 qol vuran Devid Bekhem isə hazırda Amerikanın “İnter Mayami” klubunun sahibidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər