"İndi həmin finala təbəssümlə baxıram, çünki..." - Kilian Mbappe

"İndi həmin finala təbəssümlə baxıram, çünki..." - Kilian Mbappe

Fransa millisinin hücumçusu Kilian Mbappe iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatı ərəfəsində Qətərdə baş tutan DÇ-2022-nin finalında Argentinadan aldıqları məğlubiyyəti (3:3, penaltilərlə 2:4) yada salıb.

Fanat.Az xəbər verir ki, "Football on TNT Sports" onun sözlərini belə çatdırıb:

"Qətərdəki final geridə qalıb. Biz irəli baxmalıyıq. İndi həmin final oyununa təbəssümlə baxıram, çünki o matç artıq tarixin bir parçasıdır. Ümid edirəm ki, ki ABŞ-də keçiriləcək növbəti dünya birinciliyinin qalibi biz olacağıq".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər