I Divizion klubları yenə Premyer Liqaya buraxılmadı

I Divizion klubları yenə Premyer Liqaya buraxılmadı
AFFA Lisenziyalaşdırma Komissiyası I Divizion klublarının Azərbaycan Premyer Liqasında iştirak üçün müraciətlərini müsbət cavablandırmayıb.
Fanat.Az xəbər verir ki, "Kəpəz”, "Turan Tovuz”, "Qaradağ-Lökbatan” və "Zaqatala”ya elitada iştirak üçün lisenziya verilməyib. Əvəzində yenə Premyer Liqadakı 8 klubun hamısı - "Qarabağ", "Neftçi", "Sumqayıt”, "Zirə”, "Keşlə”, "Sabah”, "Səbail" və "Qəbələ"yə gələn mövsüm də yüksək liqaya buraxılıb.
Müraciətləri rədd edilən klublar imtina barədə bildiriş aldıqdan sonra 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilərlər.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər