Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, futbolçularımızın çıxış etdiyi komandalar növbəti oyunlarını keçiriblər.
Millimizin üzvü Rüfət Dadaşovun forma geyindiyi "Kayzerslautern II" "Kickers Offenbax"ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Rüfət qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Uzun müddətdi U-21-də top qovan və Berti Foqtsun ilk dəfə bu ay A milliyə çağırdığı Taşkın İlterin forma geyindiyi Braunşveyq "Ayntarxt"ının ikinci komandası isə "Meppen"in qonağı olub. Matç 0:0 hesabı ilə başa çatıb. Taşkın ehtiyatda qalıb.
Fanat.az