Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Düsseldorf "Fortuna"sının ikinci komandası "Şalke 04"ün qonağı olub.
Oyun qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Erat və bu komandamızdan dəvət alsa da, zədəli olduğu üçün Makedoniya ilə oyuna yollanmayan Eren Taşkın matçın qəhrəmanı olub. Belə ki, 24-cü dəqiqədə hesabı açan Eren sona 5 dəqiqə qalmış qırmızı vərəqə alıb. Tuğrul isə 50-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Fanat.az