"Çelsi"dən ayrıldıqdan sonra işsiz qalan Frenk Lempard yeni klubda çalışa bilər.
Fanat.Az xəbər verir ki, 44 yaşlı ingilis mütəxəssis "Everton"un baş məşqçisi ola bilər.
Məlumatı futbol insayderi Fabritsio Romano yayıb. İtalyan jurnalist bildirir ki, tərəflər arasında artıq razılıq əldə olunub.
Qeyd edək ki, Lempard ötən ilin yanvarında "Çelsi"nin baş məşqçisi vəzifəsindən istefaya göndərilib.