FIFA Meksika millisini cəzalandırdı

FIFA Meksika millisini cəzalandırdı
FIFA Meksika Futbol Federasiyasını cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Meksika yığmasının azarkeşlərinin Dominikan Respublikası (18 mart) və ABŞ (24 mart) milliləri ilə görüşlərdə cinsi şüarlar səsləndirməsi buna səbəb olub.
 
FİFA-nın İntizam Komitəsinin qərarına əsasən, Meksika yığmasının DÇ-2022-nin qarşıdakı iki seçmə oyununu azarkeşsiz keçirəcək. Federasiya isə 60 000 İsveçrə frankı (təqribən 55 000 avro) cərimə ödəyəcək.
Qeyd edək ki, növbəti oyunlar sentyabrın 2-də Yamaykaya və oktyabrın 7-də Kanadaya qarşı olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər