FİFA Hakimlər Komitəsi DÇ-2026-da iş başında olacaq hakimlərin siyahısında dəyişiklik etdi

FİFA Hakimlər Komitəsi DÇ-2026-da iş başında olacaq hakimlərin siyahısında dəyişiklik etdi

FIFA Hakimlər Komitəsi 2026-cı il dünya çempionatı ərəfəsində hakimlərin siyahısında dəyişiklik etməyə ehtiyac duyub.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər veirr ki, fransalı hakim Villli Delajo adı videohakimlər siyahısına salınıb.

Beləliklə, FIFA-ya üzv olan 50 assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 31 videohakimin DÇ-2026-da iş başında olacağı gözlənilir. Ədalət təmsilçilərinin mayın sonunda təlim-məşq toplanışı üçün ABŞ-nin Mayami şəhərinə yollanacaqları açıqlanıb.

Dünya çempionatı 11 iyun - 19 iyul aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər