FIFA "Barselona" barədə şok qərar verib. Fanat.az xəbər verir ki, ali futbol qurumu Kataloniya klubuna transfer yasağı qoyub.
Qərara əsasən "Barselona" 1 il (2 transfer dönəmi) heyətinə yeni oyunçu qata bilməyəcək və 370 min avro cərimə ödəyəcək. FIFA-nn belə cəza verməsinə səbəb isə "Barselona"nın 18 yaşından aşağı 10 futbolçunun transferi zamanı qanunsuzluq etməsi olub. Heyətə qatılan bu oyunçular 2009-2013-cü illərdə bir çox yarışlarda iştirak edib. Klub həmçinin başqa transferləri həyata keçirərkən də qaydaları pozub.
Fanat.az