Premyer Liqada mövsümlərarası fasilə davam edir. Klublarımız heyətlərini ehtiyacları olmayan futbolçulardan təmizləyib, lazım olan mövqelərə yeni oyunçular transfer edir.
"Qarabağ"la "Qəbələ"nin fəallıq göstərdiyi transfer bazarında həhəlik ən bahalı oyunçunu "Qəbələ" heyətinə qatıb. Fanat.az хəbər verir ki, "Transfermarkt" bölgə klubunun "Zarya"dan gətirdiyi Aleksey Antonova 1.5 milyon avro qiymət qoyub.
Ümumiyyətlə ilk 3 pillədə "Qəbələ"nin transferləri qərarlaşıb. Belə ki, Antonovu 1.2 milyonla Vitali Vernidub izləyir. İlk "üçlüy"ü isə Sergey Zenyov qapayır.
"Qarabağ"ın "Lans"dan transfer etdiyi Alharbi El Jadeyuinin qiyməti 800 min avrodu. O, siyahının 5-ci pilləsində qərarlaşıb.
| № | Futbolçu | Köhnə klubu | Yeni klubu | Dəyəri (avro) |
| 1 | Aleksey Antonov | Kayrat | Qəbələ | 1.500.000 |
| 2 | Vitali Vernidub | Zarya | Qəbələ | 1.200.000 |
| 3 | Sergey Zenyov | Torpedo | Qəbələ | 1.000.000 |
| 4 | Alharbi El Jadeyui | Lans | Qarabağ | 800.000 |
| 5 | Xuan Alvarado | Simurq | Neftçi | 600.000 |
| 6 | Vaqif Cavadov | Boluspor | Xəzər L | 500.000 |
| 7 | Vüqar Nadirov | Qarabağ | Xəzər L | 450.000 |
| 8 | Məhəmməd Mirzəbəyov | İnter | Qəbələ | 400.000 |
| 9 | Elvin Məmmədov | İnter | Qarabağ | 350.000 |
| 10 | Nika Kvekveskiri | Dila | İnter | 350.000 |
| 11 | Arif Daşdəmirov | İnter | Qəbələ | 350.000 |
| 12 | Rəşəd Eyyubov | Simurq | Xəzər L | 350.000 |
| 13 | Bəxtiyar Soltanov | Qəbələ | Kəpəz | 350.000 |
| 14 | Coşqun Diniyev | İnter | Qarabağ | 300.000 |
| 15 | Mirhüseyn Seyidov | Neftçi | İnter | 300.000 |
Fanat.az