FIFA referisi Əliyar Ağayev və Orxan Məmmədov beynəlxalq oyunlara təyinat alıb. Fanat.az xəbər verir ki, Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunun oyunlarına təyin edilib.
Bu qrupda Almaniya, Çexiya, Slovakiya və İrlandiya milliləri iştirak edəcək. U-19-ların qarşılaşmaları martın 26-dan 31-dək Almaniyada keçiriləcək.
Oorxan Məmmədov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupunun oyunlarında idarəçilik edəcək. Bu qrupda Polşa, Belarus, Şimali İrlandiya və Yunanıstan milliləri çıxış edəcək. Oyunlar martın 21-dən 26-a qədər Polşada təşkil olunacaq.
Fanat.az