Əfsanə "Barselona"ya qayıdır

Əfsanə "Barselona"ya qayıdır
Yohan Kruyff "Barselona"ya qayıda bilər. Fanat.az xəbər verir ki, holland futbol əfsanəsi yenidən Kataloniya klubunun fəxri prezidenti olması gündəmə gəlib.
Həm futbolçu, həm də məşqçi karyerası ərzində "Barselona"ya böyük uğurlar qazandıran Kruyff 2010-cu ildə prezident Sandro Roselllə aralarında yaranan gərginlikdən sonra fəxri prezidentlikdən imtina etmişdi. O, hətta klubun binasına gedərək, imtinasını rəhbərliyin nəzərinə çatdırmışdı. O, həmçinin Roselli pul dalınca qaçan və idman uğurlarına əhəmiyyət verməyən rəhbər adlandırmış, buna misal olaraq da Qətərlə imzalanan forma reklamı anlaşmasını göstərmişdi.
Rosellin Neymar transferindəki saxtakarlıq iddialarına görə istefa verməsindən sonra prezident postuna gətirilən Josep Maria Bartomeu dünən keçirdiyi mətbuat konfransında Kruyff üçün qapılarının hər zaman açıq olduğunu bildirib. Holland əfsanənin yaxınları ilə əlaqədə olduqlarını bildirən Bartomeu "Danışıqlar davam edir. Kruyff klub üçün önəmli bir şəxsiyyətdi. Qısa zamanda onunla münasibətlərimiz əvvəlki kimi olacaq" deyib.
1973-1978 illər aralığında futbolçu, 1988-1996-ci illər aralığında isə baş məşqçi kimi "Barselona"da olan Kruyff La Liqanı (5 dəfə), "Kral Kuboku"nu (2), İspaniyv Superkubokunu (3), UEFA Kuboklar Kubokunu (1), Çempionlar Liqasını (1) və Avropa Superkubokunu (1) qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər