"Real Madrid"in hücumçusu Eden Hazar bu qış "Nyukasl"a keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Xəbərə görə, Madrid təmsilçisi artıq Hazarı transferə çıxarıb və futbolçu üçün gələn hər təklifi nəzərdən keçirəcək. İngilislər isə belçikalı futbolçuya "elçi düşüb".
"Real Madrid" 30 yaşlı futbolçunu yayda satmağı planlaşdırsa da, "Nyukasl" qış transfer pəncərəsi" dönəmində onu almağa cəhd göstərəcək.
Qeyd edək ki, Eden Hazar "Real Madrid"ə 2019-cu ildə "Çelsi"dən keçib. Onun davamlı zədələnməsi İspaniya klubunda yerini laxladıb.
Röya