DÇ-2026: Qətər məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

DÇ-2026: Qətər məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

İyunun 11-də start götürən futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün B qrupunda ilk turun daha bir görüşü keçirilib. 

Ötən dünya çempionatının təşkilatçısı olan Qətər İsveçrə ilə üz-üzə gəlib. ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərindəki "Levis" stadionunda baş tutan matç sülhlə yekunlaşıb. Bu heç-heçə ilə Qətər millisi dünya çempionatları tarixində ilk xalını bayram edib.

Xatırladaq ki, B qrupunun ilk oyununda Kanada Bosniya və Herseqovina ilə bərabərə qalıb (1:1).

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026 1-ci tur, 13 iyun B qrupu

Qətər - İsveçrə 1:1

Qol: Baulem Xuxi, 90+5. - Brel Embolo, 17-pen. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər