DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

Futbol üzrə dünya çempionatının start götürməsi ilə idman aləmində böyük həyəcan yaşanır.

Fanat.Az xəbər verir ki, sayca 23-cü dəfə təşkil olunan mundialın ilk qarşılaşmasında ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasını sınağa çəkəcək. 

Meksikanın əfsanəvi "Asteka" stadionunda baş tutacaq bu tarixi açılış oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Mübarizəni braziliyalı FİFA referisi Vilton Sampayo idarə edəcək. 

A qrupunda yer alan komandalar turnirə uğurlu başlanğıc etmək niyyətindədirlər. Bu qrupda həmçinin Cənubi Koreya və Çexiya yığmaları da növbəti mərhələ üçün mübarizə aparacaqlar.

DÇ-2026 A qrupu, I tur 11 iyun 

23:00. Meksika – CAR

Hakim: Vilton Sampayo (Braziliya) Meksika. "Asteka" stadionu 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər