DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda bu gün daha 1 oyun baş tutub.

Fanat.Az xəbər verir ki, son dünya çempionu Argentina seçməsi Avstriya yığması ilə qarşılaşıb.

ABŞ-nin Texas ştatında keçirilən matçda Lionel Messi və komanda yoldaşları pley-offa vəsiqəni erkən təmin edib. Lionel Messi dublla fərqlənib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

DÇ-2026 2-ci tur 22 iyun

G qrupu

Argentina - Avstriya 2:0

Qol: Lionel Messi, 38, 90+5. Baş hakim: Amin Ömər (Misir). Arlinqton (ABŞ). "AT&T Stadium".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər