DÇ-2026: Messi yenə qol vurdu, Argentina pley-offa maksimum nəticə ilə adladı

DÇ-2026: Messi yenə qol vurdu, Argentina pley-offa maksimum nəticə ilə adladı

Futbol üzrə dünya çempionatının 3-cü turu çərçivəsində J qrupunda iki görüş keçirilib. 

Fanat.Az xəbər verir ki, Əlcəzairlə Avstriya məhsuldar bərabərliyə razılaşıblar.

DÇ-2026 3-cü tur, 28 iyun

J qrupu

Əlcəzair - Avstriya 3:3 Qollar: Riyad Mahrez, 60; 90+3. Rafik Belqali, 45 - Marko Arnautoviç, 28. Marsel Zabitser, 55. Saşa Kalaydziç, 90+6. Baş hakim: İlgiz Tantaşev (Özbəkistan). Kanzas stadionu

Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.

Bu qarşılaşma eyni vaxtda Argentina İordaniya ilə münasibətlərinə aydınlıq gətirib. Lionel Messinin qol vurduğu matç cənubi amerikalıkarın inamlı qələbəsi ilə yekunlaşıb.

DÇ-2026 3-cü tur, 28 iyun

J qrupu

İordaniya - Argentina 1:3 Qollar: Musa Əl Tamari, 55 - Covani Lo Çelso, 18. Lautaro Martines, 31. Lionel Messi, 80.  Baş hakim: İştvan Kovaç (Rumıniya). Dallas stadionu

Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. "Tanqoçular"ın 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər