DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

Futbol üzrə dünya çempionatının start götürməsi ilə idman aləmində böyük həyəcan yaşanır.

Fanat.Az xəbər verir ki, sayca 23-cü dəfə təşkil olunan mundialın ilk qarşılaşmasında ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasını sınağa çəkib. Meksika millisi matçda inamlı qələbəyə sevinib.

Mübarizəni braziliyalı FİFA referisi Vilton Sampayo idarə edib.

Qeyd edək ki, bu qrupda həmçinin Cənubi Koreya və Çexiya yığmaları da növbəti mərhələ üçün mübarizə aparacaqlar.

DÇ-2026 A qrupu, I tur 11 iyun 

Meksika – CAR 2:0

Qollar: Xulian Kinyones, 9. Raul Ximenes, 67.

Hakim: Vilton Sampayo (Braziliya) Meksika. "Asteka" stadionu 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər