DÇ-2026: Konqo DR tarixində ilk dəfə pley-offda

DÇ-2026: Konqo DR tarixində ilk dəfə pley-offda

Futbol üzrə dünya çempionatının 3-cü turu çərçivəsində K qrupunda iki görüş keçirilib. 

Fanat.Az xəbər verir ki, Konqo Demokratik Respublikası Özbəkistanı yenib.

DÇ-2026 3-cü tur, 28 iyun

K qrupu

Konqo DR - Özbəkistan 3:1 Qollar: Yoan Vissa, 68-pen. 90+1. İbrahim Mayele, 78 - Eldor Şomurodov, 10. Baş hakim: Feliks Svayer (Almaniya). Atlanta stadionu

Afrika təmsilçisi 3:1 hesablı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və ən yaxşı qrup üçüncülərindən biri kimi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Debüt etdiyi DÇ-də xal qazana bilməyən Özbəkistan isə mundialla vidalaşıb.

Konqonun pley-offdakı rəqibi İngiltərə seçməsi olacaq.

Bu qrupun digər oyunu isə Kolumbiya və Pirtuqaliya yığmaları arasında baş tutub.

Qolsuz bərabırliklə bitən duelin ardından 7 xala malik Kolumbiya pley-offa lider qismində adlayıbsa, Portuqaliya 5 xalla qrup ikincisi olub.

DÇ-2026 3-cü tur, 28 iyun

K qrupu

Kolumbiya - Portuqaliya 0:0 Baş hakim: Alireza Faqani (Avstraliya). Mayami stadionu

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər