DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

 

Futbol üzrə 23-cü dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialda bu gün 3-cü tur start götürüb.

Üçüncü tura B qrupundan start verilib. İsveçrə meydan sahiblərindən olan Kanadanı, Bosniya və Herseqovina isə Qətəri məğlub edib.

Bu qələbə sayəsində İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada isə 4 xalla ikinci olub.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq.

DÇ-2026 3-cü tur 24 iyun

B qrupu

İsveçrə – Kanada 2:1

Qollar: R. Varqas, 46, Manzambi, 57, P. Deyvid, 76 Baş hakim: Ramon Abatti (Braziliya). Vankuver (Kanada). "BC Place".

Bosniya və Herseqovina - Qətər 3:1

Qollar: K. Alaybeqoviç, 29, Al Brake (ö.q), 34, Al Haydos, 41, Mahmiç, 81 Baş hakim: Xesus Valensuela (Venesuela). Sietl. (ABŞ). "Lumen Field Stadium".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər