DÇ-2026: İspaniyadan gözlənilməz başlanğıc, Belçika - Misir matçında "sülh"

DÇ-2026: İspaniyadan gözlənilməz başlanğıc, Belçika - Misir matçında "sülh"

Futbol üzrə dünya çempionatında bu gün daha 2 oyun baş tutub.

Fanat.Az xəbər verir ki, H qrupunun ilk matçında İspaniya Kabo-Verde seçməsini sınağa çəkib. Matçda hesab açılmayıb.

Gecənin digər qarşılaşmasında Belçika Misir ilə üz-üzə gəlib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026 15 iyun

H qrupu

İspaniya - Kabo-Verde 0:0 Baş hakim: A.Mahadme (İordaniya).

G qrupu

Belçika - Misir 1:1

Qollar: Mohamed Hani, 66-öz qapısına. - Emam Aşur, 19. Baş hakim: R.Abatti (Braziliya).  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər