DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Ekvador seçməsi Kürasao millisi ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, "Kanzas Siti" stadionunda keçirilən E qrupunun matçında hesab açılmayıb.

DÇ-2026 2-ci tur, 21 iyun

E qrupu

Ekvador - Kürasao 0:0

Daha sonra F qrupunda Yaponiya yığması Tunislə münasibətlərinə aydınlıq gətirib.

Asiya təmsilçisi 5:0 hesablı darmadağına sevinib.

DÇ-2026 2-ci tur, 21 iyun

F qrupu

Yaponiya - Tunis 4:0 Qollar: Daiti Kamada, 4. Ayase Ueda, 31;83. Cunya İto, 69.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər