DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

Futbol üzrə Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Hüqo Bros postundan ayrılıb.

Fanat.Az "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı belçikalı mütəxəssisin müddəti iyulun 31-də başa çatan müqaviləsi yenilənməyib.

Bros yerli assosiasiyanın gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək nəzərdə tutulan yeni təklifini qəbul etməyərək məşqçilik karyerasını bitirib.

Sözügedən çalışdırıcı 2021-ci ilin may ayından CAR yığmasına rəhbərlik edirdi. Onun idarəçiliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda 3-cü yeri tutub, DÇ-2026-da isə 1/16 finala qədər irəliləyərək Kanadaya  uduzub.

Xatırladaq ki, Bros DÇ-2026-nın A qrupunun son matçında Cənubi Koreya üzərində qazanılan qələbəyə 74 yaş 75 günlüyündə sevinib və dünya çempionatlarında qələbə qazanan ən yaşlı baş məşqçi kimi tarixə düşüb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər