"Qlazqo Reyncers"in baş məşqçisi Stiven Cerrard (Steven Gerrard) "Aston Villa"da çalışacaq.
Fanat.Az xəbər verir ki, bu məlumatı "The Economist" nəşrinin redaktoru Həşim Azul rəsmi "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, ingilis mütəxəssis bu həftədən etibarən Birmingemdə klubunu çalışdırmağa başlayacaq. "Aston Villa" və "Reyncers" təzminatla bağlı razılığa gəlməyə yaxındır. Cerrard klubun tarixində ən çox maaş alan baş məşqçi olacaq.
Qeyd edək ki, "Aston Villa" noyabr ayının 7-si Din Smiti (Dean Smith) baş məşqçi postundan qovub.
Xatırladaq ki, daha əvvəl klubun baş məşqçi postuna Belçika millisinin çalışdırıcısı Roberto Martinesin gələcəyi deyilirdi.
Emin