Bizimkilər Almaniyada: 2-si oynadı, 2-si baxdı

Bizimkilər Almaniyada: 2-si oynadı, 2-si baxdı
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu çempionatda top qovan millimizin üzvlərinin komandaları da meydana çıxıb.
A millimizin oyunçusu Ali Gökdemirin forma geyindiyi "Hannover 96"nın ikinci komandası "Elçede"nin qonağı olub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətində çıxan Gökdemir 90 dəqiqə oynayıb.
Millimizin digər üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern II" "Baunatal"ı qəbul edib və 3:1 hesablı qələbəyə sevinib. Rüfət bu oyunda forma geyinməyib. Yığmamızın oyunçusu matçı ehtiyat oyunçular skamyasından izləyib.
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Taşkın İlter də ehtiyatda qalıb. Onun forma geyindiyi Braunşveyq "Ayntarxt"ının ikinci komandası evdə "Vilhelmşaven"lə sülh bağlayıb - 1:1.
U-21-in digər üzvü Tuğrul Eratın top qovduğu "Fortuna II" (Düsseldorf) Köln "Viktoriya"sının qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Futbolçumuz start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər