Fransa millisinin ulduzu Kərim Benzema "Real Madrid"i İngiltərə Premyer Liqasının aparıcı klubuna dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional" nəşri məlumat yayıb.
Xəbərə görə, "Real Madrid" PSJ-dən Kilian Mbappe və Dortmund “Borussiya”sından norveçli Erlinq Holandı heyətinə cəlb etməyi planlaşdırır. "Kral klubu" hər iki hücumçunun transferini həyata keçirə bilsə, Benzema start heyətdə yer almaq uğrunda rəqabətdə gənc futbolçulara uduzacaq. Bu səbəbdən 33 yaşlı forvard klubunu dəyişmək fikindədir.
Mənbə qeyd edir ki, təcrübəli futbolçu ilə "Liverpul" maraqlanır. Benzema özü də yeni çempionatda gücünü sınamağın əleyhinə deyil.
Xatırladaq ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir.
Emin