“Barselona”nın baş məşqçisi "Araz"ı təriflədi

“Barselona”nın baş məşqçisi "Araz"ı təriflədi
"Araz" heyətinə yeni oyunçular qatmış bütöv bir komandadı. Onlara qalib gəlmək çox çətin olacaq. Ötən mövsümkü məşqçi ilə hazırlaşırlar". Fanat.az xəbər verir ki, bu sözləri UEFA Kubokunun “Dördlər finalı”nda “Araz”la qarşılaşacaq “Barselona”nın baş məşqçisi Mark Karmona deyib.
Kataloniya klubunun çalışdırıcısı "Araz"a qalib gəlməyə çalışacaqlarını bildirib: "Çalışacağıq ki, mümkün qədər yaxşı oynamaqla finala çıxaq. Artıq biz onlara qarşı 2 dəfə oynamışıq. Ancaq hər 2 oyun fərqli olub. Fikrimcə, indiki “Araz”ın səviyyəsi əvvəlkilərdən daha yaxşıdı. Üstəlik, onlar meydan sahibidi ki, bu da onlara əlavə üstünlük qazandırır. Bu da bizə çox təhlükə yaradacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər