“Barselona” 7:0, “Real” 2:1, “Atletiko” 3:1 VİDEO

“Barselona” 7:0, “Real” 2:1, “Atletiko” 3:1 VİDEO

İspaniya La Liqasında I turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, son çempion “Barselona” ilk oyunda “Levante”ni qəbul edib.

Kataloniya klubu mövsümə 7:0 hesablı qələbə ilə başlayıb. “Barsa”nın heyətində Lionel Messi və Pedro Rodriges dubl edib, Aleksis Sançes, Daniel Alveş və Xavi Hernandes hərəyə bir qol vurub.

“Real” doğma meydanda “Betis”i yenib – 2:1. “Kral Klubu”nun qollarına Kərim Benzema və İsko imza atıb. “Betis”də isə Jorge Molina fərqlənib.

İddialılardan “Atletiko” səfərdə “Sevilya”nı 3:1 hesabı ilə udub. Madrid klubunun qollarını rəqib qapısından Dieqo Koşta (2) və Kristian Rodriges keçirib. “Seliya”nın qoluna isə Dieqo Perotti imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər