AZAL-ın futbolçusu Almaniya klubunda

AZAL-ın futbolçusu Almaniya klubunda
AZAL-dan ayrılan Freddi Mombonqo karyerasını Almaniyada davam etdirə bilər. Fanat.az wn.de-yə istinadən хəbər verir ki, konqolu futbolçu "Preuzen" klubuna keçməyə yaхındı.
30 yaşlı futbolçu artıq Münster klubunun düşərgəsindədi. Bir neçə gün komanda ilə birlikdə məşqlərdə iştirak edəcək forvardın fiziki hazırlığı qaydasında olsa, onunla müqavilə imzalanacaq.
 
Mombonqo özü “Preuzen”də oynamağa razı olduğunu bildirib: “III Bundesliqa zəif çempionat deyil. Mən bunu II Bundesliqa ilə müqayisə edərdim”.
 
“Preuzen”in idman direktoru Karsten Kokel də bu keçidin baş tutacağını istisna etməyib: “Mombonqo maraqlı futbolçudu. Ola bilsin ki, “Vedenbrük”lə oyunda onu yoxladıq”.
 
Qeyd edək ki, Freddi Mombonqo Konqoda anadan olsa da, uşaqlıqdan ailəsi Kölnə köçüb. O, "Köln"ün ikinci komandasında, həmçinin Almaniyanın "Bonner", "Dattenfeld", "Reynbaх", "Vuppertaler", Belçikanın "Eupen", "Mons" və "Royal Antverp" klublarında çıхış edib. Ötən mövsümün əvvəlində AZAL-a transfer olunan futbolçu 32 oyunda 14 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər