AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Avropa Klublar İttifaqının (ECA) tədbirində iştirak etmək üçün İspaniyaya gedib. Fanat.az xəbər verir ki, mart ayının 3-4-ü aralığında Barselonada qurumun Baş Assambleyasının 12-ci iclası keçirilir.
Hələ 2007-ci ildən bu təşkilata üzv olan AZAL-ı bu tədbirdə vitse-prezident Fikrət Hüseynov təmsil edir. Tədbirdə klubların “maliyyə şəffaflığı” (Financial Fair Play), uşaq futbolunun inkişaf perspektivlərinə dair məsələlər müzakirə olunacaq. Klub nümayəndələrinə həmçinin transfer sisteminə dair yeni məlumatlar veriləcək, bu sahədə olan problemlər müzakirə ediləcək.
Qeyd edək ki, AZAL-dan başqa Azərbaycan klublarından "Xəzər Lənkəran", "Neftçi" və "Bakı" ECA-nın üzvüdü.
Fanat.az